- Köşə

Atım

Gülyaz ƏLİYEVA

Əziz atım, tanış atım,arabağdan qulun ikən
Çıxan atım,
Mənimlə gəl danış, atım.
Sənin də mi gözün qalıb
O yollarda,
O dağlarda?
Allı-güllü,
Bol mıhsullu ,
O bağlarda..,?
Sənin də mi yuxuların
Çox qarışır, ərşə çıxır, bəzən dağa,
sonra da,
Arana köçür?
Sənin də mi dağın gedib,
meşən gedib, örüşün gedib, yiyən itib?
Sən də mi həsrətdən
Yanıb-yanıb yaxılırsan,
O dağlara qalxmaq üçün
Yol gözləyir,
Qovrulursan ?!
De, sən də mi kəklikotu, qantəpərlli dağlar üçün darıxırsan?
Diş donduran, dilgöynədən sular üçün darıxırsan?
Zərif tüllu,
Sıx dumanlı yollar üçün darıxırsan ?
Yada düşür Cıdır düzü,
“Cəngi” səsi,
Atların o kişnərtisi…
Nə durmusan?
Məlul-məlul nə baxırsan?
Kişnərtini sal dağlara,
Bir şahə qalx,
İpə-sapa yatma, atım,
İpini qır, qalx dağlara,
Öz yurduna yollan, atım!
Al məni də öz tərkinə
Tərk eləyək acizliyi, qorxaqlığı, yaltaqlığı,
Gedək bağa, gedək dağa – birdəfəlik Qarabağa!