Əziz atım, tanış atım,arabağdan qulun ikən Çıxan atım, Mənimlə gəl danış, atım. Sənin də mi gözün qalıb O yollarda, O dağlarda? Allı-güllü, Bol mıhsullu , O bağlarda..,? Sənin də mi yuxuların Çox qarışır, ərşə çıxır, bəzən dağa, sonra da, Arana köçür? Sənin də mi dağın gedib, meşən gedib, örüşün gedib, yiyən itib? Sən də mi həsrətdən Yanıb-yanıb yaxılırsan, O dağlara qalxmaq üçün Yol gözləyir, Qovrulursan ?! De, sən də mi kəklikotu, qantəpərlli dağlar üçün darıxırsan? Diş donduran, dilgöynədən sular üçün darıxırsan? Zərif tüllu, Sıx dumanlı yollar üçün darıxırsan ? Yada düşür Cıdır düzü, “Cəngi” səsi, Atların o kişnərtisi… Nə durmusan? Məlul-məlul nə baxırsan? Kişnərtini sal dağlara, Bir şahə qalx, İpə-sapa yatma, atım, İpini qır, qalx dağlara, Öz yurduna yollan, atım! Al məni də öz tərkinə Tərk eləyək acizliyi, qorxaqlığı, yaltaqlığı, Gedək bağa, gedək dağa – birdəfəlik Qarabağa!