Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində II tur başa çatıb.
“Report”un məlumatına görə, E qrupunda Belçika yığması Rumıniya ilə üz-üzə gəlib.
Qarşllaşma birincilərin qələbəsi ilə bitib – 2:0. Belçika millisinin heyətində 2-ci dəqiqədə Yuri Tilemans hesabı açıb. 80-ci dəqiqədə Kevin De Bruyne adını tabloya yazdırıb.
Ötən gün baş tutan görüşdə Ukrayna Slovakiyanı 2:1 hesabı ilə üstələyib. F qrupunda dörd komandanın hər birinin 3 xalı var.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.