- Mədəniyyət

“Ay cəngavəri” filminin treyleri yayımlanıb

Amerikanın “Marvel Studios” kinostudiyası martın 30-da premyerası olacaq “Moon Knight”(“Ay cəngavəri”) filminin treylerini yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Jeremy Slaterin rejissorluq etdiyi filmdə baş rolu canlandıran qvatemalalı məşhur aktyor və musiqiçi Oskar İsaac şüur səviyyəsində bir-birindən fərqli şəxsiyyətlərə sahib dərin Dissosiativ şəxsiyyət pozuntusu olan, keçmiş hərbçi Mark Spector rolunu ifa edir.

Filmdə Misir Ay tanrısı Xonsunun təsiri altındadır və bu da Marksın psixoloji xəstəliyi ilə bağlı narahatlığını daha da artırır. Mark normal həyatı ilə xəyalları arasında fərqi ayırd edə bilmir.

Treyler Markın “Ay cəngavəri” kostyumunu geyinərək kimisə vəhşicəsinə döyməsi ilə bitir.