- Cəmiyyət

Azərbaycan qırıcıları Türkiyədə təlimdə iştirak edir

Türkiyə Milli Müdafiə nazirliyi iyunun 20-də Türkiyədə keçirilən “Anadolu Qartalı- 2022” təliminə qatılacaq ölkələrin hazırlıq uçuşları ilə bağlı video yayımlayıb.

APA xəbər verir ki, bu barədə nazirlik “Twitter“ səhifəsində paylaşım edib.

“2022 – ci il 20 iyun – 1 iyul tarixləri arasında həyata keçirilməsi planlaşdırılan “Anadolu Qartalı – 2022” təliminə qatılacaq Hərbi Hava Qüvvələrimizin təyyarələri ilə dost və müttəfiq ölkə təyyarələrinin Konyadakı 3-cü Əsas Jet Baza Komandanlığına təhvil verilməsinin görüntüləri”,- deyə paylaşımda qeyd olunub.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova