- Cəmiyyət, Manşet

Azərbaycan Rusiyanın Mi-24 təyyarəsinin vurulması ilə bağlı sübutlar toplayıb, ekspertizalar keçirib

Azərbaycan Qarabağ müharibəsi zamanı Rusiyanın Mi-24 təyyarəsinin Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində vurulması ilə bağlı iş üzrə sübutlar toplayıb və ekspertizalar keçirib, qəza ilə bağlı istintaq davam edir.

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.