“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əsasnamələri təsdiq edilib.
“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edək ki, hər üç dövlət qoruğu “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamı ilə yaradılıb və ərazisində yerləşən tarixi və mədəni irsə aid elementlərin, daşınar və daşınmaz abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, təbliğini, məqsədyönlü istifadəsini, qorunub saxlanılmasını və inkişafını təmin edən elmi tədqiqat müəssisəsi statusuna malik dövlət təşkilatıdır.
Qoruqlar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.