- Cəmiyyət

Azərbaycanla Ermənistanı müqayisə edən Qərb təşkilatlarının standartsız yanaşması – politoloq rəyləri

Son dövrlər ABŞ-da bəzi təşkilatların, dövlət xadimlərinin və senatorların Azərbaycana qarşı mövqeyi və tənqidi çıxışları , Ermənistandakı mitinqlər zamanı isə polisin vətəndaşlara qarşı zorakılığına reaksiya verməməsi ölkədə birmənalı qarşılanmayıb. Bəs, bu təşkilatların Azərbaycana qarşı tənqidi çıxışlarının səbəbi nədir?

 
“Ermənistanda iqtidar-müxalifət münasibətlərinin mahiyyəti Rusiyaya yaxın olmaq uğrunda yarışdır”

Ortadoğu Araşdırmalar Mərkəzinin rəhbəri, Siyasi şərhçi Sədrəddin Soltan Ermənistandakı etiraz aksiyalarını Rusiyanın adamları olan revanşistlərin təşkil etdiyini söylədi:  
 
“Bu mitinqlərin təşkilatçıları Sarkisyan, Koçaryan, Vanesyan  kimi Rusiyanın razılığı ilə hakimiyyətdə olan keçmiş iqtidar təmsilçiləridir. Azərbaycan torpaqlarının işğalında Koçaryan və Sarkisyan komandasının cinayətləri var. Bu adamlar Ermənistanda da bir çox dövlət səviyyəsində cinayətlərin törədilməsini təşkil ediblər. 1999-cu ilin oktyabrında Ermənistan parlamentində dövlət xadimlərinə qarşı təşkil olunmuş cinayət əməli məhz bu şəxslərlə bağlıdır. Ermənistanda hal-hazırda mövcud olan müxalifət ənənəvi müxalifət deyil, bir qrup cinayətkar bandadır. Bu adamlar hakimiyyətdə olduğu müddətdə dövlətin hesabına sərvət toplayıblar. Guya, rmənistandakı müxalifətin hərəkətlərinə hakimiyyət dözümlülük göstərir. Əslində Ermənistanda iqtidar-müxalifət münasibətlərinin mahiyyəti Rusiyaya yaxın olmaq uğrunda yarışdır. Nikol Paşinyan bütün çıxışlarında Rusiyanın strateji müttəfiqi olduğunu bəyan edir. Koçaryan və Sarkisyan da Rusiyasız Ermənistanın mövcud ola bilməyəcyini bildirən bəyanatlar səsləndirir”.

Sədrəddin Soltan əlavə etdi ki, Ermənistanda demokratik proses yoxdur. ABŞ bu ölkədə baş verən hadisələrə müşahidəçi kimi yanaşır: 
“ABŞ Ermənistandakı siyasi prosesi və qüvvələri ciddi hesab etmir. Paşinyan hakimiyyətə gəldiyi ilk illərdə Donald Trampla görüşməyə cəhd etdi, lakin alınmadı. Trampın milli məsələlər üzrə müşaviri Paşinyanla görüşməkdən imtina etdi. Bu yaxınlarda Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Qriqoryan ölkədə baş verən hadisələrin demokratiyanın göstəricisi olduğunu söylədi. Əslind, bu demokratiya deyil, özünü göstərmək, demokratiyanı imitasiya eləməkdir. ABŞ bu tip məsələlərə ciddi yanaşmır, çünki, Ermənistan ciddi dövlət deyil. ABŞ bu ölkənin Rusiyanın vassalı olduğunu çox gözəl bilir. Orda baş verənləri ciddi qəbul etmir. Sadəcə olaraq, dünya dövlətləri Ermənistandan dövlətindən və hakimiyyətindən bölgədəki ölkələr təsir etmək üçün istifadə edirlər”.

“Amerika adı ilə çıxış edən qüvvələri və onların kimlər olduğunu 2020-ci ildən sonra gördük”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, Politoloq Əziz Əlibəyli ABŞ-ın hələ 1992-ci ildə 907-ci düzəlişi qəbul edərək Azərbaycana silah satışına qadağa qoyduğunu xatırlatdı: 
“İşğal olunan Azərbaycan torpaqları olsa da, bu düzəliş göstərdi ki, ABŞ-da həddindən artıq erməni siyasi gücü və kütləsi var. Onlar ədaləti elə bir formada manipuliyasiya ediblər ki, Azərbaycanın haqlı mövqeyi müdafiə olunmayıb, işğalçı ölkəyə silah yardımı edilib. Azərbaycanda İlham Əliyevin dönəmində mərkəzi hakimiyyətin güclənməsi, müstəqil xarici siyasətin yürüdülməsi, Azərbaycan ərazilərinin BMT qətnaməsi ilə, işğalı təsdiq edən beynəlxalq sənədlərlə deyil, öz gücü ilə işğaldan azad etməsi beynəlxalq aləm ilə bağlı düşüncələrimizi dəyişdi. ABŞ-ın Azərbaycan, Ermənistan münasibətlərini 2020-ci ilə qədərki və vətən müharibəsindən sonrakı dövr olmaqla iki dönəmə bölmək lazımdır. 2020-ci ilə qədər insan haqları, media məsələsi demokratiya kimi standartlar üzərindən təyziqlər görmüşük. Amerika adı ilə çıxış edən qüvvələri və onların kimlər olduğunu 2020-ci ildən sonra gördük. Bu gün məlum olur ki, Azərbaycana qarşı ikili standartların kökündə ABŞ-da fəaliyyət göstərən yüzlərlə ermənipərəst fond, və ANKA adlandırılan Amerika Ermənilər Assosasiyası dayanır”.
 
Politoloq ABŞ-da etnik və dini zəminlərdə cinayətlərə tez-tez rast gəlindiyini bildirdi: 
 
“Ölkəmizdə etnik və dini zəmində cinayətlər baş vermir. Azərbaycanı müxtəlif təşkilatlar vasitəsi ilə Qarabağ üzərindən ciddi şəkildə tənqid etməyə və sanksiya tətbiq etməyə çağırırlar. Bunların kökündə Azərbaycanın daxili ictimai-siyasi həyatına müdaxilə edə bilməmək dayanır. Ermənistanda baş verən mitinqlər zamanı bloqqerlərin döyülməsi, onlara qarşı polis zorakılığı və bəzilərinin qətlə yetrilməsinə ABŞ heç bir münasibət bildirməyib. Bu gün Rusiyaya düşmən münasibəti bəsləyən ölkə Rusiyanın forpostu olan Ermənistana heç bir irad səsləndirməməsi, hətta dəstək verməsi ikili standartların nümunələrindən biridir”.
 
Nəcməddin Quluzadə
“Rupor.az”

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova