31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğundan bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 59, 61, 65, 88, 125, 127, 175, 205, M3 və H1 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.