- Cəmiyyət

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək.

“Report”un məlumatına görə, ilk yarış günündə A və B qrupunda qarşılaşmalar təşkil olunacaq.

İlk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gələcəklər.

Daha sonra saat 16:00-da turnirin açılış mərasimi baş tutacaq.

Saat 17:00-dan A qrupunun İran Qırğızıstan, Qırğızıstan – Türkiyə və B qrupunun Azərbaycan – Dünya yığması görüşləri keçiriləcək.

B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən Dünya Kubokunda iştirak etməyəcək.

Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq.