“Ermənistan silahlı qüvvələri və siyasi hərbi rəhbərliyi tərəfindən törədilən cinayət faktları üzrə 70-dən çox cinayət işi başlanılıb”.
“Report”un xəbərinə görə, bunu Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi, baş ədliyyə müşaviri Erkin Əlixanov deyib.
“Hazırda da həmin cinayət işləri üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılaraq xarici dövlətlərlə bu istiqamətdə hüquqi yardım sahəsində əməkdaşlıq davam etdirilir”, – o bildirib.