- Mədəniyyət

Bişkekdə Novruz bayramı qeyd olunub

Bişkekdə diplomatik korpusun üzvləri üçün Novruz bayramı və Qırğızıstanın Birləşmiş Millətlər Təşkilatına qəbul olunmasının 30 illiyi ilə bağlı bayram şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, digər səfirlər və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbiri bu ölkənin xarici işlər nazirinin müavini Dinara Kemelova açaraq iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, bayramın türk xalqlarının həyatındakı əhəmiyyətindən danışıb.

D.Kemelova 30 il əvvəl Qırğızıstanın müstəqil dövlət kimi Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunmasını ölkə həyatında mühüm hadisə adlandırıb, bu müddət ərzində tərəflər arasındakı əməkdaşlıqdan danışıb.

Sonra Novruz bayramı ilə bağlı konsert proqramı olub, dünya xalqlarının mahnı və rəqsləri təqdim edilib.