BMT baş katibi Antoniu Quttereş Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ayrı-ayrılıqda onlayn danışıqlar aparıb.
“Report” xəbər verir ki, bu barədə beynəlxalq təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.
“BMT-nin baş katibi bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov ilə videogörüş keçirib. Baş katib Ukrayna xarici işlər naziri ilə də çox qısa danışıb”, – Düjarrik deyib.
Onun sözlərinə görə, Quterreş bu gün həmçinin Ukrayna ilə bağlı açıqlama verəcək.