- Xəbərlər, Yumor

Brejnev haqda lətifələr

Brejnev növbəti medalı alandan sonra deyir:
– Yoldaşlar, bəzən deyirlər ki, mən bütün medalları qəbul edirəm, heç vaxt onlardan imtina etmirəm. Elə deyil. Məsələn, bu yaxınlarda Mavritaniyanın yüksək mükafatı olan buruna qızıl sırğanın taxılmasından imtina etmişəm!

***
Brejnev Roma papasından soruşur:
– Niyə insanlar katolik cənnətinə inanır, ancaq kommunizm cənnətinə inanmaq istəmirlər?
– Çünki biz öz cənnətimizi göstərmirik!

***

Karl Marks SSRİ radiosu ilə çıxış etmək istəyir. Ancaq Brejnev icazə vermir:
– Sən kommunizmin banisi olsan da, belə məsələlər barədə təkbaşına qərar verə bilmərəm.
– Mən ancaq bir cümlə deyəcəm.
Brejnev bir cümləni deməyə icazə verir.
Marks mikrofona yaxınlaşıb qışqırırır:
– Bütün ölkələrin proletariləri, məni bağışlayın!

***
SSRİ-yə gələn Nikson Brejnevdən fəhlələrin niyə tətil etmədiklərini soruşur. Cavab əvəzinə Brejnev Niksonu zavoda aparır:
– Sabahdan maaşınız azaldılacaq! (alqışlar) İş vaxtınız uzadılacaq! (alqışlar). Hər on nəfərdən biri asılacaq! (alqışlar. Sual: “İpi özümüz gətirək, ya həmkarlar ittifaqı verəcək?”)

****
Moskva kinofestivalından sonra Kremldəki banketdə Bricit Bardo Brejnevə deyir:
– Niyə sərhədi bütün getmək istəyənlər üçün açmırsız?
Brejnev ona barmağını yelləyib deyir:
– Mənimlə təklikdə qalmaq istəyirsən?

***
Telefon zəngi. Brejnev dəstəyi qaldırır:
– Hörmətli Leonid İliç eşidir!

***
Brejnev mətbuat konfransı keçirir. Sual– cavab, sual – cavab.
Aparıcı deyir: Daha sual yoxdu.
Brejnev təəccüblənir:
– Necə yəni yoxdu? Dayanın, belə olmaz. Axı mənim hələ iki cavabım var.

***
-İngilislər Folklend adalarını tutublar. Ancaq nə edəcəklərini bilmirlər. Kömək üçün Reyqana müraciət edirlər. Reyqan deyir:
– Bilmirəm. Brejnevdən soruşun. Kiçik torpaqlar üzrə mütəxəssis odu.

***
Brejnev meşədə azır. Rastına balaca oğlan çıxır.
– Adın nədi?
– Petya.
– Petya, məni meşədən çıxar, sənə mükafat verəcəm.
– Atamla məsləhətləşməliyəm.
– Atan kimdi?
– Meşəbəyi.
– Nəyə lazımdı məsləhət? Məni burdan çıxar, səni SSRİ qəhrəmanı adını verəcəm.
– Yox, gedim atamdan soruşum.
Gedib soruşub gəlir:
– Yox, mən Sizi burdan çıxarmayacam. Öləndən sonra Sovet İttifaqı qəhrəmanı adını neynirəm?
– Niyə ölümündən sonra?
– Atam dedi: çıxarsan, öldürəcəm.

***
Brejnev çıxışa başlayır (kağızdan):
– Yoldaş sionistlər!
Zalda çaşqınlıq yaranır. Brejnev yenidən kağıza baxıb oxuyur.
– Yoldaşlar! Soinistlər deyir ki…

***
Brejnev nəvəsi ilə mavzoleyə gəlir. Nəvəsi soruşur:
– Baba, sən öləndən sonra burda yaşayacaqsan?
– Əlbəttə, burda.
Bu dəm Lenin yerindən qalxıb deyir:
– Bura sizinçün yataqxanadı?!

***
Ayda bir dəfə Brejnevin şəxsi bərbəri onun saçını qırxır. Hər dəfə də söhbəti Polşadan salır. Bir dəfə Brejnev onun niyə məhz Polşa barədə soruşması ilə maraqlanır. Bərbər:
– Belə olanda saçınızı rahat qırxıram. Polşa barədə danışanda saçlarınız biz-biz durur.

***
Brejnevin qardaş ölkələrdən birinə səfəri münasibətilə topdan atəş açılır. İkinci atəşdən sonra qoca arvad milisdən niyə top atdıqlarını soruşur. Milis deyir:
– Brejnev gəlib.
– Birinci dəfədən vura bilmədilər?

***
Brejnev balkonda dayanıb. Yaxınlıqdan Karlson uçur. Brejnevdən soruşur:
– Yadınızdan çıxmışam? Mən Karlsonam.
– Həəəə. Yadımdasan. Sənin həmkarın Engelson da yadımdadır.