- Cəmiyyət, Manşet

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür.

“Report” xəbər verir ki, qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.

Qeyd edək ki, qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu tarixi Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.