- Manşet, Maraqlı

Bu gün Şnobel – Anti-Nobel Mükafatı Günüdür  

Mükafatın təsisçisi Mark Abrahams onu nüfuzlu beynəlxalq mükafatın – Nobel mükafatının parodiyası kimi yaradıb. Mükafat 1991-ci ildə Mark Abrahams və “Annals of Incredible Research” yumor jurnalı tərəfindən təsis edilib. 2020-ci il üçün mükafatın məbləği 10 trilyon Zimbabve dolları (təxminən 10 ABŞ dolları) olub.
Bu mükafatın bəzi laureatları və onların mükafat alan əsərləri barədə

1991. Kimya üzrə. Jak Benvenist, “Nature” jurnalının müxbiri, “Su ağıllı mayedir və yaddaşı var” məqaləsinə görə.

1992. Tibb. F. Kanda, E. Yaqi, M. Fukuda, K. Nakajima, T. Ota və O. Nakata Yokohamadakı Siseido Araşdırma Mərkəzi. “Ayaq
qoxusuna cavabdeh olan kimyəvi birləşmələrin müəyyən edilməsi” əsərinə görə. Alimlər bu qənaətə gəlibblər ki, “ayaqlarının pis qoxu verdiyini düşünən insanların ayaqları həqiqətən pis qoxuyur və belə düşünməyənlərin ayaqları pis qoxu vermir”.

1995. Psixologiya. Keio Universitetindən Şigeru Vatanabe, Junko Sakamoto və Masumi Vakita göyərçinlərə Pikassonun və Monenin rəsmlərini ayırmağı öyrətdiklərinə görə.

Tibb. M. E. Bubel, D. S. Şannahoff-Khalsa və M. R. Boyl “Burunun bir deşiyindən nəfəs almağın idrak prosesinə təsiri” tədqiqatlarına görə.

1997. Tibb. Uilks Universitetindən K. Çarneçki, F. Brennan və Sietldəki Muzak Limited şirkətindən J. F. Harrison liftlərdə Muzak fon musiqisini dinləmənin immunoqlobulin A istehsalını stimullaşdırdığını və beləliklə də soyuqdəymələrin qarşısını aldığını kəşf etdiklərinə görə.

Entomologiya. Florida Dövlət Universitetindən M. Hostetler böcəkləri avtomobilin şüşələrində qoyduqları ləkələrə görə müəyyən etməyə imkan verən “Avtomobilinizdəki ləkələr: Şimali Amerika böcəkləri üçün unikal bələdçi” əsərinə görə.

1998. Kimya. Fransız alimi Jak. Benvenist, ikinci dəfə (ilk dəfə 1991-ci ildə) homeopatiya sahəsində yeni “kəşf”inə görə: “Su təkcə yaddaşa malik deyil, həm də suda saxlanılan məlumat telefon və ya İnternet vasitəsilə ötürə bilər”.

2005. Tibb. Stefen Stak və Jeyms Qundlak kantri musiqisinin intihar tezliyinə təsirini tədqiqi etdiklərinə görə.

2013. Aleksandr Lukaşenko Belarusda ictimai əlçalmaya qadağa qoyduğuna görə, Belarus polisi isə bir əli olan əlili əl çaldığı üçün həbs etdiyinə görə.
2021. Sülh mükafatı. İtan Beseris, David Karrier və S. Neylvey saqqalların zərbə zamanı çənə sınığı riskini azaltdığını nümayiş etdirdiklərinə görə.

Yazı İnternet materialları əsasında hazırlanıb