- Cəmiyyət, Manşet

Çempionlar Liqası: 8 oyuna 27 qol vurulub

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

“Report”un məlumatına görə, son oyun günü qol baxımından yüksək məhsuldarlıqla əlamətdar olub. 8 qarşılaşmada qapılara ümumilikdə 27 top vurulub.

Gecənin ən bolqollu görüşləri G qrupuna təsadüf edib. “Mançester Siti” İngiltərədə Danimarka “Kopenhagen”inə 5 cavabsız qolla qalib gəlib. “Sevilya” isə İspaniyada Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:4 hesabı ilə uduzub.

E qrupunda “Çelsi” İngiltərədə İtaliya “Milan”ını darmadağın edib.

F qrupunda turnirin son qalibi “Real Madrid” İspaniyada Ukraynanın “Şaxtyor” (Donetsk) komandasını minimal hesabla üstələyib.

H qrupunda “Yuventus” İtaliyada İsrailin “Makkabi” (Hayfa) klubundan güclü olub. “Benfika” isə Portuqaliyada Fransa çempionu PSJ ilə heç-heçə edib.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

5 oktyabr

E qrupu

20:45. “Zaltsburq” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:0

Qol: Noa Okafor, 71 (penalti)

23:00. “Çelsi” (İngiltərə) – “Milan” (İtaliya) – 3:0

Qollar: Vesle Fofana, 24. Pyer-Emerik Obameyanq, 56. Ris Ceyms, 62

Xal durumu: “Zaltsburq” – 5, “Çelsi” – 4, “Milan” – 4, “Dinamo” – 3

F qrupu

20:45. “Leyptsiq” (Almaniya) – “Seltik” (Şotlandiya) – 3:1

Qollar: Kristofer Nkunku, 27. Andre Silva, 64; 77 – Juan Filipe, 48

23:00. “Real Madrid” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 2:1

Qollar: Rodriqo, 13. Vinisius Junior, 28 – Aleksandr Zubkov, 39

Xal durumu: “Real Madrid” – 9, “Şaxtyor” – 4, “Leyptsiq” – 3, “Seltik” – 1

G qrupu

23:00. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka) – 5:0

Qollar: Erlinq Holann, 7; 32. David Xoçolava, 39 (avtoqol). Riyad Mahrez, 55 (penalti). Xulian Alvares, 76

23:00. “Sevilya” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) – 1:4

Qollar: Yussuf En-Neseri, 51 – Rafael Gerreyro, 6. Cud Bellingem, 41. Kərim Adeyemi, 43. Yulian Brandt, 75

Xal durumu: “Mançester Siti” – 9, “Borussiya” – 6, “Kopenhagen” – 1, “Sevilya” – 1

H qrupu

23:00. “Yuventus” (İtaliya) – “Makkabi” (Hayfa, İsrail) – 3:1

Qol: Adrian Rabyo, 35. Duşan Vlahoviç, 50 – Din David, 75

23:00. “Benfika” (Portuqaliya) – PSJ (Fransa) – 1:1

Qollar: Danilo, 41 (avtoqol) – Lionel Messi, 22

Xal durumu: PSJ – 7, “Benfika” – 7, “Yuventus” – 3, “Makkabi” – 0.

22:45

UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib.

“Report”un məlumatına görə, E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Avstriyada “Zaltsburq”un qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə penaltidən Noa Okafror vurub.

Emrelinin adı matçın iştirak ərizəsinə salınsa da, 25 yaşlı hücumçu sonadək ehtiyatda qalıb.

F qrupunda isə Almaniya “Leyptsiq”i evdə Şotlandiya “Seltik”ni məğlub edib.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

5 oktyabr

E qrupu

20:45. “Zaltsburq” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:0

Qol: Noa Okafor, 71 (penalti)

23:00. “Çelsi” (İngiltərə) – “Milan” (İtaliya)

Xal durumu: “Zaltsburq” – 5 (3 oyuna), “Milan” – 4, “Dinamo” – 3 (3 oyuna), “Çelsi” – 1

F qrupu

20:45. “Leyptsiq” (Almaniya) – “Seltik” (Şotlandiya) – 3:1

Qollar: Kristofer Nkunku, 27. Andre Silva, 64; 77 – Juan Filipe, 48

23:00. “Real Madrid” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)

Xal durumu: “Real Madrid” – 6, “Şaxtyor” – 4, “Leyptsiq” – 3 (3 oyuna), “Seltik” – 1 (3 oyuna)

Qeyd edək ki, günün digər 8 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.