- Cəmiyyət, Manşet

Çempionlar Liqasının finalı Rusiyadan alınaraq Fransaya verilib

UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Parisə verilib.

“Report”un “The New York Times” nəşrinə istinadən məlumatına görə, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.

Oyun mayın 28-də Rusiyanın energetika nəhəngi, UEFA-nın iri sponsoru “Qazprom”un vəsaiti hesabına tikilmiş eyniadlı arenada deyil, “Stad de Frans”da təşkil olunacaq.

Beləliklə, Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.