- Cəmiyyət

Cenevrədə Lavrov-Blinken görüşü başlayıb

İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş zamanı Rusiya ilə ABŞ və NATO münasibətləri, Ukraynada vəziyyət, Moskvanın NATO-nun təhlükəsizlik təminatı ilə bağlı verdiyi təkliflər və s. müzakirə ediləcək.

Danışıqlardan sonra Lavrov və Blinkenin ayrı-ayrılıqda media nümayəndələri üçün brifinq keçirəcəyi elan olunub.