Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarına əsasən, “CinemaPlus” kinoteatrlar şəbəkəsi oktyabrın 1-dən fəaliyyətə başlayıb.
Bu əlamətdar tarixlə əlaqədar “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrı sevimli tamaşaçıları xüsusi bir sürprizlə qarşılamaq qərarına gəlib və musiqi festivalı təşkil edib. Kinoteatrın foyesi “Helium Baku” şarları ilə bəzədilib.
Tədbiri “Merry Band” peşəkar instrumental musiqi qrupu başlayıb. Musiqili müşayiətlə Tatyana Dolivetsin başçılıq etdiyi film qəhramanları obrazlarında olan animatorlar, əllərində kinoteatrın bayraqlarını və şarları saxlayaraq ticarət mərkəzində yürüş ediblər.
Bayram, məşhur film və cizgi filmlərindən mahnıları ifa edən “Avanqard” kamera orkestri tərəfindən tamamlanıb.
Foto və video çəkiliş “Light in Black” kreativ şirkəti tərəfindən aparılıb. Qonaqlar və tamaşaçılar bayrama böyük məmnuniyyətlə qatılıblar.
“CinemaPlus” öz ənənəsini pozmayaraq növbəti dəfə çox parlaq festival keçirib. Qeyd edək ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində oktyabr ayında ən gözlənilən premyeralar olacaq: “Ceyms Bond: Ölmək vaxtı deyil”, “Venom 2”, “Dyuna”, “Addams Ailəsi 2”, “Halloween öldürür”, “Düzəlməz Ron”.
“CinemaPlus” – yüksək görüntülü rəqəmsal proyeksiya sisteminə malik və 3D kontentini nümayiş etmək imkanı olan kinoteatrlar şəbəkəsidir. Həmçinin premium keyfiyyətli kinoekranlar, böyük parlaqlıq və “Enchanced 4KBarco” dəqiq görüntü texnologiyası sayəsində kinofilmləri ən yaxşı və ən yüksək keyfiyyətdə nümayiş etmək imkanı verir. Bundan başqa, “CinemaPlus” ilk dəfə Azərbaycanda Dolby Atmos dünya sistemini tətbiq edib. “CinemaPlus” kinoteatrlar şəbəkəsinə 10 kinoteatr, 50-dən çox ekran və 5 000-dən çox oturacaq daxildir. (report)