- Cəmiyyət, Manşet

“Facebook”, “WhatsApp” və “Instagram”ın işində problem yaranıb

“Facebook”, “WhatsApp”, “Instagram” kimi beynəlxalq platformalara daxil olmaqda problem yaranıb.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyır.

Problemlə bağlı şikayətlər daha çox ABŞ, Avropa və Asiya ölkələrindən daxil olub. Azərbaycanda da eyni problemlər müşahidə edilir.