İki çukça Şimal Buzlu Okeanının sahilində. Biri o birinə deyir:
– İstəyirsən, sənə siyasi lətifə danışım?
– Yox, danışma. Eşidən olar, bizi sürgün edərlər.
***
Çukça qapısında güzgü olan şkaf alır. Açıb içinə baxıb arvadına deyir:
– Bax, qardaşım bizə qonaq gəlib.
Arvadı baxıb deyir:
– Hələ yanında arvad da var.
***
Çukça qurultayda çıxış edir: «Yoldaşlar! Böyük Oktyabr İnqilabına qədər biz çukçalar iki hiss yaşayırdıq: soyuq və açlıq hissi. Ancaq inqilabdan sonra üç hiss yaşamağa başlamışıq: aclıq, soyuq və dərin məmnunluq hissi.
***
Bir çukça soyuducu alır. Ondan bunu nə üçün etdiyi soruşanda orda qızınmaq istədiyini deyir:
– Bayırda 40 dərəcə şaxta var, ancaq soyuducuda cəmi 4 dərəcə.
***
Bir gün çukça mağazaya gəlir.
– Sizdə rəngli televizor var?
– Var.
– Onda mənə yaşıl rəngdə olanın verin.
***
Suda boğulan çukça qışqırır:
-Su içirəm! Çoxlu su içirəm! Gecəni burda qalacam!
***
İki çukça qatarın maşinistinə yaxınlaşır. Birinci:
-Bu qatar məni Leninqrada qədər aparar?»
– Yox.
İkinci:
-Bəs məni?»
***
Bir gün vağzalın rəisi çukçanın başını vaqonlara vurduğunu görür.
– Başın xarab olub?
– Yox, yumşaq vaqon axtarıram.
***
Çukça aeroflotun kassasından soruşur:
-Çukotkaya təyyarə neçə saata çatır?.
-Bircə dəqiqə….
– Çox sağ olun.
***
Çukça Siyasi Büroya zəng edir:
-Alo, mən Siyasi Büronun üzvü olmaq istəyirəm».
– Sən başın xarabdı?
– Xarab olması vacibdi?
***
Həmyerlilərinin xahişi ilə çukça Moskvaya, kommunizmin nə vaxt olacağını öyrənməyə gedir. Qorbaçovun qəbuluna gəlib ondan soruşur:
-Kommunizm nə vaxt olacaq?
Qorbaçov deyir:
– Görürsən, mənim, Lukyanovun, Liqaçovun «Volqa»larımız dayanıb. Nə vaxt sənin «Volqa»n onların yanında dayansa, onda kommunizm olacaq.
Evinə qayıdan çukça həmyerlilərinə deyir:
– Görürsüz, mənim, sənin, onun untaları (maral, qoyun və s. dərisindən uzunboğaz isti çəkmə) düzülüb. Nə vaxt ki, Qorbaçovun da untası orda dayansa, onda kommunizm olacaq.
***
İki çukça göyə baxır.
– Bax, təyyarə uçdu. Hökumət təyyarəsidi.
– Yox, hökumət təyyarəsi olsaydı, yanında motosikletlər də gedərdi.
***
Çükça lotereyada «Volqa» udur. Maşını almağa gedib deyir:
-Mənə qırmızı «Volqa» verin.
– İstəyirsiz qara, yaşıl maşın verək?
– Yox, ancaq qırmızı.
– Qırmızı yoxdu.
– Onda mənim 50 qəpiyimi qaytarın.
***
Bir gün çukça «Volqa» alıb öz yerlərinə qayıdır. Maşını sürən çukça maşını necə saxlamağın qaydasını unudur və daşa çırpılır. Bir müddətdən sonra xəstəxanadan evə qayıdıb deyir: «Həkimlər dedi yaxşı ki, beynin yoxdu, yoxsa beyin silkələnməsi olardı».
***
Çukçanın altıncı uşağı olur. Doğum haqqında şəhadətnaməni dolduran çukça uşağın milliyyətin çinli yazır. Ondan soruşurlar:
– Bu necə ola bilər ki, sənin uşağın çinli olsun?
– Çukça axmaq deyil. Qəzetlərdə yazılıb ki, hər altıncı adam çinlidi.
***
Çukça zarıyır: «Yorulmuşam, çox yorulmuşam»
– Nə iş görmüsən?
– Fikirləşmişəm.
– Bəs niyə çox yorulmusan?
– Üç dəfə fikirləşmişəm.
***
İki çukça bombanı mişarlayır. Yoldan keçən bir nəfər bunlara deyir:
-Bomba partlayar.
– Eybi yox, bizdə yenə var.
***
Çukça Kremlə zəng edir:
– Sizə Baş katib lazımdı?
– Xəstəsən nədi?
– Bəli, xəstə və çox, çox qocayam.
***
Çukça Moskvada arvadın itirir. Milis idarəsinə gəlib arvadını tapmaqda ona kömək etməyi xahiş edir. Növbəçi milis çukçadan arvadının əlamətlərini soruşur.
Çukça: «Əlamət nədi?»
– Bax, məsələn mənim arvadım hündür, gözəldi. Bəs səni arvadın necədi?
Çukça: «Mənim arvadım qoca, eybəcərdi. Gəl yaxşısı budur sənin arvadını axtaraq».
***
Bir çukçanın beş uşağı varmış. Bir gün ondan soruşurlar ki, sənin birinci uşağının milliyyəti nədir?
Çukça deyir:
-Rus.
-Bəs ikincininki?
-O da rusdu.
-Bəs üçüncününkü?
-O da rusdu.
-Bəs dördüncü?
-O da rusdu.
-Bəs beşinci?
-Çinli.
-Niyə çinli?
-Çukça əbləh deyil ki, dünyada hər beşinci şəxs çinlidir.
***