- Pritça

Keşiş və avtobus sürücüsü

Bir keşiş ölür. Onun işinə baxıb cəhənnəmə göndərirlər. Yenicə ölən avtobus şoferini isə cənnətə göndərirlər. “Cənablar. Bu, ədalətsizlikdir” – deyə keşiş qəzəblənir: “Mən bütün ömrüm boyu ləyaqətlə qulluq eləmişəm. Oruc tutmuşam, dua eləmişəm, moizə eləmişəm. İnsanları düz yola çağırmışam. Bundan sonra niyə cəhənnəmə getməliyəm??!”
“Hamısı doğrudur. Sən moizə oxuyanda dinləyicilər nə edirdilər? Bəli, yatırdılar. Amma sürücü avtobus sürəndə sərnişinlər nə edirdi? Hamısı Tanrıya dua edirdi!!!”