- Cəmiyyət

Deputat Qənirə Paşayevanın kitablarının imza mərasimi keçirilib

Bu gün, oktyabrın 9-da Bakı Ekspo Mərkəzində Bakı 8-ci Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgi çərçivəsində Xurşudbanu Natəvan zalında Milli Məclisin deputatı, MM Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayevanın müəllifi olduğu “Səni Allaha eşq götürür” kitabının və daha 6 kitabının imza mərasimi baş tutub. Tədbirdə kitabın yazılmasından ətraflı danışan müəllif onun səhifələrinin anlamaq istəyən könüllərə açıldığını söyləyib.
O-na aparan Yolun könül xoşluğunu özündə ehtiva edən kitabda yazılanlar eyni zamanda Qənirə Paşayevanın həyata baxışını da ortaya qoyur. Kitabın ağır sınaqların asan yollarını tapmaqda oxucusuna yaxından bələdçi olacağına inam aşılanır. Tədbirdə qızların oxumasının vacibliyi ətrafında söhbətlər, müzakirələr də keçirilib. Tədbirin sonunda çıxış edən yazıçı Seyran Səxavət Azərbaycanın ictimai həyatında mühüm rol oynamış qadınlardan danışıb.
Sonda Qənirə xanım kitabları imzalayıb. Millət vəkili qeyd edib ki, kitabın satışından əldə olunacaq bütün gəlir uzun illərdir sonsuzluq problemindən əziyyət çəkən 4 ailəyə övlad sevinci bəxş etmək üçün xərclənəcək.