Azərbaycan Dövlət Kukla Teatrı özünün 91-ci teatr mövsümünü uğurla başa vurub.
AZƏRTAC xəbər verir ki, teatrın rəhbərliyi və kollektivi teatrsevərlər, sevimli və tələbkar tamaşaçılar üçün bu son günü də yaddaqalan etmək üçün əlindən gələni edib.
Cari mövsümdə hazırlanan maraqlı və baxımlı səhnə nümunələrimizdən olan “Üç donuz balası” (quruluşçu rejissor Saida Haqverdiyeva) tamaşası balacaların böyük marağına səbəb olub. Beləcə mövsümün son tamaşası da ənənəyə uyğun olaraq anşlaqla keçib.
Nümayişin ardınca mövsüm ərzində məhsuldar fəaliyyəti ilə seçilən teatr əməkdaşları – aktyorlar, rejissor və texniki işçilər müxtəlif nominasiyalar üzrə təşəkkürnamələrlə təltif olundular.