- Mədəniyyət

Dövlət Xidməti Qarabəy Karvansarayı ilə bağlı məsələyə aydınlıq gətirib

Qarabəy Karvansarayı 4066 invertar nömrəsi ilə dövlət qeydiyyatındadır və Mənzil-Kommunal İstismar Sahəsinin balansındadır. Karvansarayda müvafiq obyektlər fəaliyyət göstərir. Həmin obyektlər xüsusi mülkiyyətdədir.

Bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, Karvansarayda uzun illərdir ki,14 ailə yerləşdirilib. 1 ci mərtəbəsində isə 15 iaşə obyekti fəaliyyət göstərir: “Qanunvericiliyə uyğun olaraq, belə abidələrdə və ya onların müəyyən hissələrində təmir, konservasiya və bərpa işləri icarəçinin və ya xüsusi mülkiyyətçinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının – Dövlət Xidmətinin və onun mütəxəssislərinin nəzarəti altında aparılmalıdır”.

Nuridə xanım həmçinin qeyd edib ki, abidə təmir-bərpa işləri üçün investisiya siyahısına da daxildir: “Qarabəy Karvansarayı həmçinin təmir-bərpa işləri üçün investisiya siyahısına daxildir. Buraya daxil olan abidələr isə əhəmiyyət dərəcəsinə görə mərhələli şəkildə təmir-bərpa edilir”.

Qeyd edək ki, Ağdaş rayonunun Müşfiq İsayev küçəsində yerləşən Qarabəy Karvansarayı yerli əhəmiyyətli abidə kimi Mədəniyyət Nazirliyinin qeydiyyatında olan Qarabəy karvansarayı uzun illər karvansaray kimi fəaliyyət göstərsə də, 1950-ci illərdən sonra yaşayış məqsədilə istifadə edilib.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova