- Cəmiyyət

Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 72 kq-da mübarizə aparan idmançı türkiyəli Selçuk Canla qarşılaşıb. Rəqibinə 4:3 hesabı ilə qalib gələn idmançı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə serbiyalı Ali Arsalanı sınağa çəkəcək.

Daha əvvəl 55 kq-da Eldəniz Əzizli dünya çempionatında həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Final görüşləri sentyabrın 11-də keçiriləcək.

20:35

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, 55 kq-da yer alan idmançı yarımfinalda ABŞ təmsilçisi Maks Nouriyə 9:0 hesabı ilə qalib gəlib.

Onun finaldakı rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.