- Köşə

Əli Rza XƏLƏFLİ. Yazıdan görünən Sima…

Artıq özü və sözü haqqında kifayət qədər aydın təsəvvürüm olan Sima xanımı bayram səhərində ürəklə salamlayıram…Günü xeyirliyə açılsın… bu günkü BAXIŞ BUCAĞINDA onu görürəm…
Görmək üçün əsas var olmaqdır…
Sima Cəfərovaya əminliklə deyirəm : Siz varsınız …
İndi müxtəsər təfərrüata keçmək olar…
Bu günün ilk mətbuat günü ilə bağlı qeydlər sırasında birinci gözümə dəyən Sima Cəfərovanın təbrik yazısı oldu…
Onun yazdığından və ona yazılanlardan belə başa düşülür ki, Mətbuat bayramını Sima xanım ruhu ilə yaşayır… sevinir…. adının mətbuat günündə anılmasından qürurlanır…
Tez tez səslənən məşhur deyim var… yol uzun, ömür qısa…
Gərək payına düşən yolun üstündə avtoqrafın olsun…

Müəllif yazıları… sanki saralmış, artıq tarixi sənəd mahiyyəti kəsb edən qəzet bağlamalarını xəyalən çevirirəm…Sima xanımın bir qərinə o üzdəki həyəcanlarını yaşadan yazılar çox dəyərlidir… ən azı mətbuat tariximizin bölgələr üzrə səhifələri araşdırılanda , zamana, dövrün insanlarına münasibət öyrəniləndə onun yazıları öz əhəmiyyətini göstərəcək… bir sözlə Sima xanımın mətbuata sevgisindən dolayı umacaq yazısını oxudum Tanınmış yazar, həyatının ən qaynar çağlarını mətbuatla bağlı yaşamış Sima Cəfərova yazır:
“1970-1982-ci illərdə Göyçayda “Yeni həyat” qəzetinin ştatdankənar müxbiri olduğuma, Füzulidə “Araz”, Sumqayıtda “Sosialist Sumqayıti”, “Məslək”, “Azərbaycan müəllimi” qəzetlərində müntəzəm olaraq yazılarım nəşr edildiyinə, Xızıda “Dağlar yurdu” qəzetində şöbə müdiri işlədiyimə görə bu sevincdən mənə də bir cıqqılı pay düşdüyünü zənn edirəm. Haqlıyammı görəsən…
Bayramımız mübarək! ”

Çox hörmətli Sima Cafarova … Sima xanım Cəfərova… Siz mətbuatın doğma övladısınız…elə bu gün də həyatınız mətbuatdan kənar deyil…özü də mətbuat üçün yazmağı, özü də sərrast , dəqiq aydın fikir deməklə yazmağı qələmin müqəddəs borcu bilərək yazırsınız…
Mən Sizin müxtəlif məzmunlu yazılara rəylərinizi də ardıcıl müşahidə etmişəm…
Sözün mənəvi normalarına münasibətinizi də bilirəm…
Əslində mətbuat xadimi fikrən, ruhən mətbuata bağlı olmalıdır…Bu bağlılıq Sizə el hrməti yaradıb. Bu hörməti, bu izzəti bir ziyalı, ya bir qadın, ya bir müəllim qazana bilməz! Ancaq və ancaq şəxsiyyət qazana bilər! Siz — şəxsiyyətsiniz!

Siz isə mətbuatı varlığınızda yaşadırsınız…bir xahişim də var həyat yolunuzu xatirələr şəklində yazın… heç olmasa mətbuatla bağlı məqamları….
Bu olar həm də əvəzsiz xidmət…
Bəli, vaxtilə çap olunan və qəzetlərin üzündə yaşayan sadə xəbərlər belə həyat yolumuzdan qalan izlərdir…bəlkə lap tərcümeyi halımız, yaşam yolumuzdur…
Böyük xidmətləriniz unudulmaz…
Sizin mətbatdan keçən yolunuz bir həyat romanıdır….
İlk təbriki Sizə yazdım…
Bayramınız mübarək…

“Kredo” ədəbi almanaxı,
03 avqust 2023, №30