Ermənistanda yeni açılmış cinayət işi çərçivəsində bir sıra yüksək rütbəli şəxslər həbs oluna bilər.
Modern.az Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir ki, hazırda eks-müdafiə naziri David Tonoyanın evində axtarışlar aparılır.
Onunla yanaşı, aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Baş Qərargah rəisinin müavini, general-mayor Stepan Qalstyanın evində də axtarışlar aparılır.
Onlar Milli Təhlükəsizlik Xidmətinə dəvət olunublar. “Qraparak” yaxın vaxtlarda general-polkovniklər Seyran Ohanyan və Yura Xaçaturovun da həbsini istisna etmir.
Cinayət işləri Milli Təhlükəsizlik Xidmətinin silah satışı zamanı yol verilən maliyyə maxinasiyaları ilə bağlıdır.