Erməni vandalizminə uğramış arxeoloji abidələr
Arxeoloji abidələr; İnsanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələrinin olduğu güman edilən ərazilər; o cümlədən qədim yaşayış məskənləri, ibtidai insan düşərgələri, magaralar, eləcədə kənd və şəhər qalıqları, Qədim müdafiə sistemləri və istehkamlar, daş və torpaq sədlər ağac və ya daşdan tikilmiş qədim mühafizə divarlarının qalıqları; Dini xarakterli ərazilər, o cümlədən ziyarətgahlar, qədim məbəd və monastrların qalıqları, dini ibadət komplekslərinin qalıqları, dini mərasimlərin keçirildiyi güman edilən ərazilər; Qədim qəbiristanlar, dini və xatirə abidələri, digər dəfn yerləri, kurqanlar və torpaq qəbir kompleksləri, küp qəbirlər, Qədim təsərrüfat yerlərinin qalıqları; hər cür qədim əşyalar, qaya və daş üzərində təsvirlər və yazılar, ovçuluqla bağlı yerlər, ərazilər və izlərin qalıqları, heyvandarlıq, əkincilik və sənətkarlıqla bağlı ərazilər, qədim mədən istismar izləri, əmək alətləri, istehsalat kürələri, tikinti qalıqları, hidrotexniki qurğuların qalıqları, nəqliyyat xəttləri, tikintiləri və yaşayış məskənləri və s-lərdir.
Azərbaycanın işğal altındakı ərazilərində arxeoloji qazıntılar aparmaq məqsədi ilə Ermənistan hökuməti, Ermənistan Ekspedisya Arxeologiya və Etnoqrafiya İnstitunun baş elmi işçisi tarix elmləri doktoru Hamlet Petrosyanın rəhbədliyi ilə daimi komisiya yaratmışdır. 2000-ci ildən etibarən daimi fəaliyyət göstərən bu komisiya Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlarda, o cümlədən Xocalı, Xocavənd, Xankəndi, Ağdam, Şuşa, Kəlbəcər və Laçın rayonlarının ərazilərində olan arxeoloji abidələrin dağıdılması ilə məşğul olurlar.
Bu dağıntıların həyata keçirilməsində, Ermənistanın ali və orta ümumtəhsil məktəblərinin şagird və tələbələrini və eləcədə Qarabağın erməni əhalisini səfərbər edirlər. Ermənistan hökuməti və “Daşnakstün” ümumdünya terror təşkilatının nümayəndələri bu komisiyanı beynəlmiləşdirərək onun tərkibinə Böyük Britaniya, İspaniya, Niderland və İslandiyadan mütəxəsislər cəlb ediblər. Onların bu qeyri-qanuni fəaliyyəti nəticəsində Dağlıq Qarabağ və ona bitişik ətraf rayonların ərazilərində kurqanlar, küp qəbirlər, qədim təsərrüfat yerləri eləcədə Xocalı-Gədəbəy mədəniyyətinə aid bütün arxeoloji mədəniyyət nümunələri dağıdılaraq yerlə yeksan edilmişdir.
1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.
Arxeoloji abidələrin mövcudluğunun aşkara çıxarılması və qeydiyyatının aparılması, abidələri mühafizə təşkilatlarının nümayəndələrindən böyük diqqət, işgüzarlıq və yüksək peşəkarlıq tələb edir. Lakin Azərbaycanın işğal altındakı arxeoloji irsin qorunub saxlanmasına mane olan yeganə səbəb Ermənistan Respublikasının Dövlət siyasətidir.
Ermənistanın arxeoloqları tərəfindən təşkil edilən bu qanunsuz arxeoloji qazıntılar zamanı ermənilər tərəfindən yer altında olan qiymətli maddi mədəniyyət nümunələrinin əldə edilərək Ermənistana daşınır. Dağlıq Qarabağ ərazilərinə nəzarətin olunmaması, belə qazıntıların kütləviləşməsinə səbəb olmuşdur.
Dağlıq Qarabağda erməni vandalizminə uğrayan, Xocavənd rayonunun Salakətin kəndi yaxınlığında olan Azıx paleolit düşərgəsidir. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası Məmmədəli Hüseynovun rəhbərliyi altında 1960 – 1986-cı illərin iyun-iyul aylarında Azıx paleolit düşərgəsində kompleks şəkildə arxeoloji qazıntı işləri aparıblar. Kür Araz çayları vadisində Quruçay dərəsinin sol sahilindəki Tuğ çökəkliyində yerləşən Azıx mağarası qədim dövrün mədəni abidəsi kimi YUNESKO-nun mədəni irs siyahısına düşüb.
1999-cu ildən etibarən hər il Ermanistanın Arxeologiya va Etnoqrafiya İnsititunun alimləri, bu düşərgədə başladıqları arxeoloji qazıntı işlərinə Böyük Britaniya, İspaniya, Niderland, İslandiya ölkələrinin alimlarini, Dağlıq Qarabağın erməni əhalisini, İrəvan Universitetlərinin tələbələrini də cəlb edirlər. Ermanilər bu qeyri-qanuni və qeyri-insani əməllərinə Rusiya, Fransa və Amerika dövlətlərindən maliyyə dəstəyi ala bildilər. Bununlada Azarbaycanın tarixinə va mədəniyyatinə qarşı başlanan cinayət işi beynəlxalq dəstək qazandı.
Bu sahədə ən dəhşətli məqam ondan ibarətdir ki, Qarabağ dağlarının cənub-şərq yamaclarının İran-Azərbaycan ərazisinin kəsişdiyi ən ucqar zirvədə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşən, 1968-ci ildə azərbaycanlı alimlər tərəfindən kəşf edilmiş Azıx mağarası xüsusi qəddarlıqla dağıntılara məruz qoyulmuşdur.
Tədqiqatlar göstərir ki, Azıx mağara-paleolit öz qədimiliyinə, çoxtəbəqəliliyinə, arxeoloji cəhətdən zənginliyinə görə dünyada yeganə abidədir. Bur mağarada qədim və orta paleolit daş alətlərin texnikasından onların təkamül dərəcəsini müəyyən etmək mümkün olmuşdur. Azıx mağarasında aşkar olunmuş fauna və arxeoloji materiallar Azərbaycan ərazisində azıxantropların təsərrüfat fəaliyyəti haqqında geniş təsəvvür yaratmışdır.
Belə bir möhtəşəm abidə Ermənistan hökuməti tərəfindən 1992-ci ildən 2001-ci ilədək silah ambarı kimi istifadə edilmiş, 2001-ci ildən etibarən mağarada qanunsuz arxeoloji qazıntılara start verilmişdir. Bu qazıntı işlərinə rəhbərlik edənlər Böyük Britaniya vətəndaşı Tanya Kinq Ovenesyan, İspaniya vətəndaşı Patris Domindes və Ermənistan vətəndaşları Levon Episkopesyan və Hamlet Petrosyan olmuşdur.
Lakin 1992-ci ildən Ermənistan Respublikasının işğalı altına olan bu abidə ermənilər, 2001-ci ildən tərəfindən tamamilə dağıdılaraq talan edilmişdir.
Azıx Mağarasında ermənilər tərəfindən qeyri-qanuni arxeoloji qazıntı işləri aparılırdı
1999-cu ildən etibarən hər il Ermanistanın Arxeologiya va Etnoqrafiya İnsititunun alimləri, bu düşərgədə başladıqları arxeoloji qazıntı işlərinə Böyük Britaniya, İspaniya, Niderland, İslandiya ölkələrinin alimlarini cəlb etmişdilər
Ağdam rayonunun Şahbulaq ərazisindəki qədim yaşayış məskənlərini və kurqanları istismar etmək üçün Ermənistan Hökuməti 2000-ci ildə ekspedisiya arxeoloji kəşfiyyat qrupu yaratdı.
Ermənistanın Qarabağa göndərdiyi arxeoloji qrup, 2000 – ci ildən Azərbaycanın Ağdam rayonunun Şahbulaq ərazilərində qanunsuz arxeoloji fəaliyyətlə məşğul olurlar. Bu qanunsuz fəaliyyətə maliyə dəstəyi Ermənistanın “Erkir” ictimai təşkilatlar birliyi reapitasiya mərkəzinə məxsusdur.
Xocalı rayonu Əsgəran qəsəbəsi
Xocalı rayonu, əsgəran qəsəbəsi ərazisində əsgərlər səngər qazarkən Arxeoloji abidələr üzə çıxmışdı
Xocavənd rayonu Tuğ kəndi.
Xocavənd rayonunun Tuğ kəndi ərazisində aparılan qeyri-qanuni arxeoloji qazıntı
Xankəndi şəhəri
Xankəndi şəhəri ətrafında aparılan qeyri-qanuni arxeoloji qazıntı
Şuşa şəhəri
Qarqarçay ətrafında aparılan qeyri-qanuni arxeoloji qazıntılar. Şuşa rayonu
Topxana meşəsi ətrafında aparılan qeyri-qanuni arxeoloji qazıntılar
Keçmiş Ağdərə rayonu ərazisində aparılan qeyri-qanuni arxeoloji qazıntılar