- Cəmiyyət

Fransa millisi 1/4 finala yüksəlib

Fransa millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

“Report”un məlumatına görə, Didye Deşamın rəhbərlik etdiyi kollektiv 1/8 finalda Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.

“Xoruzlar”dan qolları 44-cü dəqiqədə Olivye Jiru, 74 və 90+1-ci dəqiqələrdə Kilian Mbappe vurub. Polşalıların təsəlli qoluna isə matçın əsas vaxtına əlavə olunmuş 9-cu dəqiqədə penaltidən Robert Levandovski imza atıb.

Fransa yığması növbəti mərhələdə İngiltərə – Seneqal görüşünün qalibi ilə qarşılaşacaq.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova