Fransa Xarici İşlər Nazirliyi hazırda Rusiyada olan vətəndaşlara bu ölkəni tərk etməyi tövsiyə edib.
“Report” xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilmiş müraciətdə deyilir.
Bildirilir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı bu ölkəyə qarşı tətbiq edilən beynəlxalq sanksiyalara görə orada qalması vacib olmayan vətəndaşlardan “hələlik mövcud olan” yollarla Rusiyanı tərk etmək məsləhət görülür.