- Cəmiyyət

Ukraynada Rusiyanın daha bir qırıcısı vurulub

Ukrayna Hava Hücumundan Müdafiə Birləşmiş Qüvvələri ölkənin Donetsk vilayətinin cənub-qərbində yerləşən Volnovaxa şəhərində Rusiyanın “Su-34” bombardmançı təyyarəsini vurublar.

“Report” xəbər verir ki, məlumat Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yayılıb.

Bildirilib ki, bu təyyarə şəhər sakinlərini və infrastrukturu bombalayırmış.