Fransanın Lion şəhərində naməlum şəxs yerli məscid yaxınlığında Quranı yandırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 1-dən 2-ə keçən gecə baş verib.
Saat 03:45-də, sübh namazına 20 dəqiqə qalmış üzünü gizlətməyən naməlum şəxs “Ər-rəhm” məscidinə daxil olub və oradakı müqəddəs kitablardan birini götürüb. Daha sonra Quranı yandıraraq məscidin həndəvərinə atıb.
Qeyd edək ki, məscid rəhbərliyi baş verənlərlə bağlı polisi məlumatlandırıb, naməlum şəxsin axtarışı aparılır.