Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə ilk dəfə klassik gecə təqdim olunub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, klassik gecənin ay ərzində bir dəfə təqdim olunması nəzərdə tutulub. Sözügedən gecənin keçirilməsinin məqsədi Gəncədə fəaliyyət göstərən istedadlı gənc klassik ifaçıları üzə çıxarmaqdır.
Gecədə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyası, Asəf Zeynallının “Ölkəm” romansı, Fikrət Əmirov “Sevil” operasından “Balaşın mahnısı”, “Dilbərin nəğməsi”, Niyazinin “Arzu” və Asəf Zeynallının “Ölkəm” romansları, Cakomo Puççininin “Gianni Schichi” operasından “Laurettanın” ariyası, Ernest de Kurtis “Sorentoya qayıt”, Corc Bizenin “Karmen” operasından Toreador Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Əməkdar artist Kəmalə Tağızadə, Vasif Bayramov, Rüstəm Cəfərov, Fidan Məmmədzadə, Qaya Nəsibzadənin ifasında səsləndirilib.