Ən qədim ingilis sözləri
İngilis dilində proto-Hind-Avropa dövrünə aid təxminən 40 söz var. O cümlədən, apple (qədim forması apal), bad (bad), gold (gol), tin (tin).
Ən böyük dil müxtəlifliyi
Fərqli dillərin maksimum konsentrasiyası Papua / Yeni Qvineyada müşahidə olunur. Bu, təcrid olunmuş vadilərin bolluğu ilə bağlıdır. Dünyada mövcud olan 5000-dən çox dilin 10%-ni oradakı yerli dillər təşkil edir.
Ən çətin dillər. Ən çox fel forması (təxminən 6000) Şimali Amerika hindularının çippeva dilindədir. Şimali Amerikakı hayda dilində 70 prefiksdən istifadə edilir. Tabasaran dilində (Dağıstan) ismin 48 halı var. Eskimo dilində indiki zamanın 63 forması var və bu dildə sadə isimlərdə 252 fleksiya var.
Əlifba yazılarının ən erkən nümunəsi Uqaritdə (indiki Suriya, Ras Şarma) tapılıb, eramızdan əvvəl 1450-ci ilə aiddir. Bu, üzərində 32 mixi hərf yazılmış gil lövhədir.
Ən qədim hərf
Ən qədim “o” hərfi Finikiya əlifbasında qəbul edildiyi formada (e.ə. 1300-cü il) dəyişməz qalıb. Haazırda dünyada 65 əlifbadan istifadə olunur.
Ən uzun və qısa əlifbalar
Ən çox hərf (72) kxmer əlifbasında, ən az – 11 (a, b, e, g, i, k, o, p, t, u) – Buhenvil adasındandakı (Papua / Yeni Qvineya) rotokas dilindədir. Havay əlifbasında cəmi 12 hərf var.
Ən çox və ən az samit
Ən çox samit (80) ubıx dilində (Qafqaz ailəsinin Abxaz-Adıghe qrupu), ən az samit (6) rotokas dilindədir.
Ən çox və ən az sait
Ən çox sait (55) sedan dilində (Orta Vyetnam), ən az (2) abxaz dilindədir.
Bir-birinin ardınca gələn sait sayına görə ingilis dilindəki “euouae” (musiqi termini) sözü birinci yerdədir. Eston dilindəki “jaaaarne” sözündə (“buzun kənarı”) dalbadal 4 eyni sait var. Braziliyanın Para əyalətindəki hindu dillərindən birinin adı 7 saitdən ibarətdir – “Uoiauai”.
Bir-birinin ardınca gələn samitlər. İngilis dilindəki “latchstring” sözündə dalbadal 6 samit var, gürcü dilindəki “qvprtskvnis” sözündə 8 dalbadal tələffüz edilən samit var.
kamilinfo.net