Qədim şəhərdə çoxlu şagirdləri olan usta yaşayırdı. Şagirdlərindən ən bacarıqlısı bir gün fikirləşir: «Görən elə bir sual var ki, usta ona cavab tapa bilməsin?» Bundan sonra çəmənliyə gedib ordan ən gözəl kəpənəyi tutub ovcunda gizlədib ustanın yanına gəlib soruşur:
– Deyə bilərsənmi, mənim ovcumun içindəki ölü ya diri kəpənəkdir? Oz həqiqətini sübut etməkçin o hər an ovcunu sıxmağa və kəpənəyi öldürməyə hazır idi.
Şagirdinin əlinə baxmayan usta cavab verdi:
– Hər şey sənin öz əlindədir.