- Pritça

Alliqatoru yedizdirməyə gəlmişəm

Floridada yaşayan yaşlı bir kişinin ferması var idi. Fermada kiçik su hovuzu, hovuzun ətrafında isə meyvə ağacları var idi. Hovuz üzməkçin nəzərdə tutulmuşdu. Bir gün kişi axşam hovuzun yanına getmək qərarına gəlir və meyvə yığmaq üçün vedrə də götürür. Hovuza yaxınlaşan kişi ordan gülüş səsləri eşidir və orada bir neçə qızın çimdiyini görür. Kişini görən qızlar bir qədər aralıya üzür və onlardan biri qışqırır: «Sən bürdan getməyənə qədər hovuzdan çıxmayacağıq». Kişi cavab verir: «Mən bura ona görə gəlməmişəm ki, sizin çılpaq üzməyinizə baxım, ya da sizi burdan qovum». Əlindəki vedrəni yuxarı qaldıran fermer: «Mən, sadəcə, alliqatoru yedizdirməyə gəlmişəm» – deyir.