Haaqa Beynəlxalq Məhkəməsi Ukraynada Rusiya Federasiyası tərəfindən törədilən soyqırım işi ilə bağlı qərar verəcəyi tarixi açıqlayıb. Məhkəmə iclası martın 16-na təyin edilib.
Bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin mətbuat xidməti Twitter-də məlumat yayıb.
Qeyd olunur ki, Haaqa Beynəlxalq Məhkəməsi soyqırımın qarşısının alınması haqqında Konvensiyaya uyğun olaraq Ukraynanın Rusiya Federasiyasına qarşı işi üzrə qərar verməyə hazırdır.
Qərar martın 16-da Kiyev vaxtı ilə saat 17:00-da gözlənilir, məhz bu vaxt Haaqada Sülh Sarayında açıq iclas keçiriləcək.