- Cəmiyyət, Manşet

Haaqa Beynəlxalq Məhkəməsi bu həftə Ukraynada müharibə ilə bağlı qərar verəcək

Haaqa Beynəlxalq Məhkəməsi Ukraynada Rusiya Federasiyası tərəfindən törədilən  soyqırım işi ilə bağlı qərar verəcəyi tarixi açıqlayıb. Məhkəmə iclası martın 16-na təyin edilib.

Bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin mətbuat xidməti Twitter-də məlumat yayıb.

Qeyd olunur ki, Haaqa Beynəlxalq Məhkəməsi soyqırımın qarşısının alınması haqqında Konvensiyaya uyğun olaraq Ukraynanın Rusiya Federasiyasına qarşı işi üzrə qərar verməyə hazırdır.

Qərar martın 16-da Kiyev vaxtı ilə saat 17:00-da gözlənilir, məhz bu vaxt Haaqada Sülh Sarayında açıq iclas keçiriləcək.