- Dil, Manşet

Aygün Əziz. Bəzi saytların noyabr mənzərəsi

İnternet saytlarında noyabr ayında müəyyən axtarışlar edərkən rast gəldiyim orfoqrafik, qrammatik və üslub xətaları haqqında.

Artıq çoxdan sürətlə inkişaf edən texnologiya əsrində irəliləyirik. İyirmi-otuz il əvvəl indiki ilə müqayisədə belə informasiya burulğanının nə olduğu barədə zərrə qədər təsəvvürümüz yox idi. Məlumatı, əsasən, az sayda olan TV kanallarından və köşklərdə satılan qəzet-jurnallardan əldə edirdik. İndi isə həyatımızda bir çox şeylərin asanlaşdığı kimi əldə edəcəyimiz məlumat vasitələri də artıb və işimizi xeyli asanlaşdırıb.

Yaşadığımız dövrdə hər  hansı mövzu ətrafında istənilən qədər informasiya əldə etmək imkanına malikik. Amma necə deyərlər, sən saydığını say, gör təsadüfi açılan saytların rəhbərləri, başdansovdu yazılan yazıların müəllifləri, necə gəldi hazırlanan süjetlərin redaktorları, naşı, savadsız müxbirlər, jurnalistlər, köşə yazarları, müxtəlif sosial səbəkə proqram istifadəçiləri nə sayırlar.

Hərdən düşünürəm ki, indiki sürət əsrində rəqabət labüddür və əfsus ki, rəqabət sağlam şəkildə aparılmır. Çünki bir-birinin acığına, xəbəri birinci mən yayımlayım deyə, məsuliyyətsiz davranaraq nə qədər xətalar, qüsurlar ortaya çıxır.

Yayılan məlumatda dilin qayda-qanunlarına – orforqrafiyadan, qrammatikadan tutmuş üslub məsələsinə qədər diqqətli olmaq lazımdır.

Mən noyabr ayında bəzi xəbər portallarını və bir Teleqram sosial şəbəkə kanalını müşahidə edərək aşağıda qeyd etdiyim qüsurlara rast gəldim.

  1. Soldakı şəkil Teleqram platformasından götürülüb. Gözümə sataşan qüsurlar:
  • Xəbər başlığındakı bütün sözlər böyük hərflərlə yazılıb.
  • “12 min” “on iki min” yazılmalı idi. Bildiyim qədərilə yazıda rəqəmləri, adətən, rəqəm kimi yox, yazı ilə bütöv şəkildə göstərmək lazımdır.
  • “Ancaq bu hadisə bərabərində böyük bir faciənin yaşanmasına səbəbiyyət verəcəkdi.”
  • “7 min”, “30 min” – “yeddi min”, “otuz min”,
  • “6 milyon” – “altı milyon” yazılmalıdır.

  1. İkinci skrinşot musavat.com-dan 16.10.2022 tarixdə yayılan xəbərdən götürülüb.
  • Üçüncü abzasdakı cümlədə “bildirilib” sözü iki dəfə yersiz olaraq işlədilib.

 

  1. Üçüncü skrinşot oxu.az-dan 16.10.2022 tarixdə yayılan xəbərdən edilib.  
  • “Ümumiyyətlə kibercinayətkarlıq tədbirləri daim Daxili İşlər Nazirliyini ciddi nəzarətində saxlanlılır.” Cümlədə bir neçə xəta var. “Tədbirlər nəzarətdə saxlanılır” və “Nazirliyini” yox, “Nazirliyinin” olmalı idi. Həmçinin ara sözündən sonra vergül qoyulmalı idi.
  • “Qanuna müvafiq” ayrı yazılmalıdır.
  • “Əsasən, müşahidə etdiklərimiz bu cür cinayətin qurbanları yaşlı nəslin nümayəndələridir”, – cümləsində sözlərin yerləri güzgün seçilməyib və üslub xətasıdır.

  1. Dördüncü skrinşot oxu.az-ın 16.10.2022 tarixli səhifəsindən götürülüb. 
  • “Yalan vədlərlə camaatı soyanlar kimdir?” – “kimlərdir” olmalıdır.
  • “İşsizləri yalançı vədlərlə “soyanlar” bu məbləğin işə düzəltmə üçün müəyyən edilən “dövlət rüsumu” adlandırır – “məbləği” olmalıdır.

  1. Beşinci skrinşot milli.az-ın 14.10.2022 tarixli səhifəsindən götürülüb.
  • “Benzinin qiyməti də dəvənin belindədir” – Belə ifadə yoxdur. Əgər Anar bəy belə deyibsə, jurnalist onu düzəldib verməlidir. Bizdə alternativ ifadə : “ceyran belində”dir.

  1. Altı, yeddi, səkkizinci və doqquzuncu skrinşotlar milli.az-ın 11.10.2022 tarixli səhifəsində yayımlanan xəbərdən – İtaliya prezidentinin azərbaycanlı tərcüməçisindən alınan müsahibədən götürülüb.
  • “Mədəniyyətlərası” – mədəniyyətlərarası olmalıdır.
  • “…siyasi-iqtisadi, ticari…” – siyasi, iqtisadi və ticarət əlaqələri olmalıdır.
  • “…qatıldım” – qoşuldum və ya kurslarına getdim.
  • “həyacan” – həyəcan olmalıdır.
  • “İlham Əliyevin səyahət edəndə…” – bu cümlə bütünlükdı üslub səhvi ilə doludur.
  • “Azərbaycandan İtaliyaya səfər edən nümayəndə heyətlərini tərcümə,” – bu cümlədə qulağa xoş səslənmir. – “… rəsmi səfər edən nümayəndə heyətinin tərcüməçisi qismində çıxış edirəm”. Başqa variantlar mümkündür.

Bütün bunlar hələ gördüklərimin dörddə biridir. Yaxşı olar ki, portal və ya Teleqram kanalında gedən yazılara dil qaydalarına əməl etmə baxımından ciddi nəzarət oluna ki, bu cür özbaşınalıqlara rast gəlməyək.