- Cəmiyyət, Manşet

Hulusi Akar: “Pəncə-Qılınc” əməliyyatında 184 terrorçu zərərsizləşdirilib”

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı “Pəncəli Qılınc” əməliyyatının başladığı gündən indiyə kimi qurudan və havadan 184 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Nazir ordunun fəaliyyətlərinin ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın terrorun mənbəyində məhv edilməsi göstərişi çərçivəsində həyata keçirildiyini qeyd edib. Hulusi Akar Türkiyə hərbçilərinin qarşısına çıxa bilməyən terrorçuların qorxaqcasına cəhdlər etdiyini vurğulayıb: “Çaxnaşma və qorxu içindədirlər. Terror təşkilatının (PKK/YPG – red.) çöküşünün davamlı olması üçün lazım olanı etməyə davam edirik”.

“Biz deyirik ki, indi haqq-hesab vaxtıdır. Onların əvvəllər etdikləri ilə yanaşı, keçən həftə Beyoğluda və bu gün də (dünən-red) sərhəd xəttində Öncüpınar və Karkamışda törətdikləri bütün çirkin əməllərin hesabını soracağıq. Bunların hesabını verəcəklər. Şəhidlərimizin və mülki vətəndaşlarımızın qanının hesabını sormağa davam edəcəyik.

“Pəncə-Qılınc” əməliyyatının başlanğıcından bu günə qədər 184 terrorçu qurudan və təyyarələrlə zərərsizləşdirilib. Bu sayın daha da artacağını düşünürük. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək”, – Akar PKK/YPG təşkilatının böyük bir iflasa uğradığını vurğulayıb.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova