- Xəbərlər, Yumor

İngilis lətifələri

Edinburq qəzetinin redaksiyasına məktub gəlir:
– Əgər siz şotlandların xəsis olması barədə lətifələrin çapını təcili olaraq dayandırmasanız, mən günü sabahdan qəzetinizi qonşuma borc verməyəcəm.

***
Centlmen qonşu xanıma deyir:
– Madam, mən dünən Sizin mahnı oxumağınıza qulaq asdım.
Qadın qızarır:
– Nə danışırsınız! Mən sadəcə, vaxt öldürürdüm.
– Siz çox dəhşətli silah seçmişdiniz, madam…
***
Körpünün üstündə iki ingilis dayanıb çayda boğulanın harayına qulaq asır:
– Kömək edin, üzə bilmirəm!!!
Biri o birinə:
– Conson…
– Bəli..
– Siz üzə bilirsiniz?
– Təəssüf ki, yox.
– Mən də. Amma biz qışqırıb bütün şəhəri başımıza götürmürük…

***
Yazıçı xanım keşişlə Müqəddəs Kitabla bağlı mübahisə edir.
– Razılaşın ki, Allah taala əvvəlcə kişini, sonra qadını yaradıb – deyir keşiş.
– Sizinlə tamamilə razıyam. Mən də əvvəlcə qaralama yazıram.

***
Londonda restoran sahibi ofisiantdan soruşur:
– Bax o rus qırx dəqiqədir stolun arxasında yatıb. Niyə onu bayıra atmırsan?
– Niyə atım ki? On dəqiqədə bir dəfə onu oyadıram və o hər dəfə hesabı yenidən ödəyir.

***
Lord malikanəsində oturub. Qulluqçu gəlib deyir:
– Evdə oğru var, ser.
– Əla. Mənim tüfəngimi və ov paltarımı hazırla – dama-dama paltarımı.

***
Ev qulluqçusu:
– Madam, bir halda ki, Siz mənə etibar etmirsiniz, yaxşısı budu mən işləməyim.
– Necə yəni etibar etmirəm? Mən hətta qiymətli daşlar saxlanan mücrünün açarını sənə vermişəm.
– O açarlar mücrüyə düşmür…

***
İki məhkum ingilis türməsində söhbət edir:
– Bağışlayın cənab, Sizə çox iş veriblər?
– 15 il. Bəs Sizə nə qədər?
– Mənə on il.
– Onda Siz qapıya yaxın çarpayıda yatın. Axı məndən tez çıxacaqsınız!

***
Missis Smit psixiatrın yanına qaçır:
– Ser, mənim ərim ağlını itirib! Tezliklə onu dəlixanaya salın.
– Nə olub?
– Dünən o mətbəxə girib taxta çəkiclə bifşteksi əzdi, sonra aşpaz qadının yanağından öpdü.
– Burda müdaxilə üçün əsas görmürəm. Əgər o aşpaz qadını çəkiclə vurub, bifşteksi öpsəydi, başqa məsələ.

***
– Sabahınız xeyir, madam. Baş ağrınız necədir?
– Kart oynamağa getdi.

***
İngilis lordu insan yaşamayan adaya düşür və üç ev tikir. Nəhayət, onu tapıb soruşurlar:
– Ser, üç ev nəyinizə lazım idi?
– Biri yaşamaq üçün, o biri getdiyim klub, üçüncüsü isə rədd etdiyim klub!

***
Protokolda göstərilib ki, miss Braun, Siz son üç həftədə maşınla dörd nəfəri vurmusunuz.
– Üş nəfəri…
– Burda yazılıb ki, dördünü…!
– Məsələ burasındadır ki, bu sarsaqların birini iki dəfə vurmuşam.

***
Evin damında bir nəfər dayanıb. O, intihar etmək istəyir. Ağşağıda camaat toplaşıb baxır. Birdən bir qadın səsi eşidilir:
– İlahi, əgər o indi özünü atmasa, mən işə gecikəcəm!

***
Polis bir qadına zəng edib deyir:
– Madam, biz Sizin ərinizi zibil konteynerində tapdıq.
– Bu, qulluqçunun işidir. Mən ona tapşırdım ki, evdə lazımsız nə varsa, zibilliyə atsın.

***
– Ser, mən Sizin biçənəkdən keçə bilərəm? Saat ikidə gedən qatara çatmaq istəyirəm.
– Əlbəttə, əgər mənim ala öküzüm Sizi görsə, saat birdə gedən qatara da çatarsınız.

***
Qənnadı sexinə zəng olunur:
– Alo, mən mister Smitəm. Arvadımın ad günü üçün tort hazırlayın.
– Neçə şam qoyaq?
– İyirmi doqquz. Həmişə olduğu kimi.

***
Varlı lord Nyu-Yorkdan Londona evinə zəng edir. Dəstəyi qulluqçu götürür.
-Arvadım nə edir?
-Sizinlə yatır, ser.
-Cim, kabinetimə gir, vinçesteri götür, ikisini də vur. Telefonda gözləyirəm.
Beş dəqiqə sonra Cim məruzə edir:
-Ser, arvadınızı yataqda güllələdim, Siz bağa qaçdınız. Mən Sizi bağda vurdum.
-Cim, mənim bağım yoxdur.
-Ser, Siz hara zəng etmisiniz?

***
London. Svetoforda bir qadın maşını saxlayıb. Işıqlar yanır, sönür, o, maşını sürmür. O biri sürücülər nəzakətlə onun yanından ötür. Polis onu görüb yaxınlaşır: “Madam hansı rəngi arzu edir?”

***
-Şahid, Siz gördünüz ki, arvad ütü ilə ərinin başına vurdu, amma heç bir tədbir görmədiniz?
-Tədbir gördüm. Nişanlıma zəng edib dedim ki, toy ləğv olunur!

***
Birisi restorana daxil olub barmenə deyir:
– Mənə on qədəh konyak ver.
– Başqa nə?
– Birinci və sonuncunu götür.
Barmen onun dediyi kimi edir.
Kişi izah edir:
– Birinci qədəh məndə pis gedir, sonuncudan sonra isə halım xarab olur!!!

***
Turnir. Bir qız dayanıb, başına alma qoyublar. Birinci oxatan almanı vurub deyir:
– I am Robin Good!
İkinci oxatan da almanı vurub deyir:
– I am Richard Lions Heart!
Üçüncü düz ata bilmir, qızı öldürür:
– I am, I am… Sorry…