«Xoşladığın meyvəni göstər, kim olduğunu deyim»
İnsan xasiyyətinin müxtəlif maraqlardan və vərdişlərdən asılılığı ilə bağlı psixoloqların bir çox araşdırmaları var. Bunlardan biri – avtomobil seçimi ilə insan xarakteri arasında bağlılıq barədə artıq məlumat vermişik. İnsanın sevdiyi rəng, xoşladığı yemək, tərəvəz, hətta meyvə də insan xasiyyətinin bəzi aspektlərini ortalığa çıxarır.
Hansını daha çox xoşlayırsan – alma, banan, yoxsa portağalı? Bu sualın cavabı özündə təkcə zövgünüzü yox, həm də xasiyyətinizi əks etdirir. Amerikalı psixoloq İ.Kann özünün «Şəxsiyyəti ifadə etməyin 1001 üsulu» kitabında meyvə və tərəvəzlərə bağlılığın insan xasiyyəti açıb göstərdiyini sübut etməyə çalışır. Beləliklə onun araşdırmaları əsasında sevdiyimiz meyvə və tərəvəzlər vasitəsi ilə özümüzü tanıyaq.
Hərdəmxəyallar portağalı sevir
Portağalı, adətən, ehtiraslı təbiətə malik adamlar sevir. Onlar çox enerjili, işguzar olurlar. Diqqət mərkəzində olmağı, fərqlənməi, seçilməyi xoşlayırlar. Əks cinsin nümayəndələrinə xüsusi maraqları olur. Təsadüfi deyil ki, italyanlar portağalı məhəbbət alması adlandırır. Portağalsevərlər insanlarla qısa müddətdə dil tapa bilirlər. Onlardan rahat da ayrılırlar. Bu meyvəni dəyişkən, dəmdəməki, hərdəmxayal, vəfasız olur. Adətən, bu tipdən olan adamlar sosial vəziyyətindən asılı olmayaraq, hər kəsə uyğunlaşa bilirlər. Yaradıcı və ziyalı insan olan portağalsevərlər yüksək yumor hissinə də malik olurlar. Bu şəxslər heç kimə yük olmamağa, öz xoşbəxtliklərini özləri qurmağa çalışırlar.
Optimistlər armudu xoşlayır
Armudu sevənlər, adətən, optimist insanlardır. Onlarla ünsiyyət qurmaq hər zaman maraqlı olur. Heç vaxt ruhdan düşməyən armudsevərlər üçün həyat hər zaman qaynayır. Belə insanlar həmişə bayram əhval-ruhiyyəsindədirlər. Dostluqda sədaqətlidirlər. Hər zaman köməyə gəlməyə də hazırdılar. Armudsevər qadınlar yaxşı ev xanımı olur. Onlar sakit və mehribandırlar. Bişirdikləri yeməklərin dadından isə doymursan. Bundan əlavə, bədii istedada malik olur, yaxşı tikiş tikir və şəkil çəkirlər. Bu meyvəni sevən qızlar cəzbedici, kişilər isə küsəyən olur. Onlar məhəbbət dolu ürəklərində uzun müddət kin saxlaya bilirlər.
Mühafizəkarlar isə almanı…
Mühafizəkar baxışlı adamlar isə alma yeməyi xoşlayır. Onlar texniki tərəqqini çox çətinliklə qəbul edir, köhnədən qalma əşyalarla əhatə olunmağı xoşlayırlar. Həyat kredoları isə belədir: «Sınaqdan çıxmış köhnə sınaqdan çıxmamış təzədən yaxşıdır». Almasevərlər eksperimentləri xoşlamır, zəhlətökən və xırdaçı olurlar. İşə canyandırandırlar. Köhnə dəblərdən əl çəkə bilmirlər. Tapşırılan hər bir işi yerinə yetirməyə hazır olduqlarına görə rəhbərlik onları xoşlayır. Təbiətən lirik və sentimental olan almasevərlər heç bir səbəb olmadan da kədərlənirlər.
Qısqanclar isə çiyələyi sevir
Çiyələyi sevən insanlar qısqanc olsa da, qonaqlığı və kampaniyaları sevir, insanlarla dil tapmağı yaxşı bacarırlar. Ancaq onların dostu və rəfiqəsi flirtlə məşğul olmaq istəsə, münaqişə qaçılmazdı. Belə insanlar şən, qonaqpərvər və eleqant olurlar. Heç kəsin paxıllığını çəkmir, xırda şeylərə görə əsəbiləşmirlər. Çiyələk sevən qadınlar bahalı və gözəl əşyalardan həzz almağı bacarırlar. Bu cür qadınların istəklərini yalnız imkanlı kişilər yerinə yetirə bilər.
Uşaqqəlblilər gilas yeməyi xoşlayır
Gilası sevənlər isə yumşaq xasiyyətli, xoş rəftarlı və rəhmli olurlar. Onlar öz hisslərində səmimidirlər. Hətta özlərini başqalarının naminə qurban da verə bilərlər. Uşaq kimi safdırlar. Kiçik sürprizləri və heç kəsi inçitməyən dəcəllikləri sevirlər. Zərif və nəzakətli gilassevərlər hətta özlərinin ziyanına olan hərəkətləri etməyə də hazırdılar. Təki sevdikləri şəxslərə sevinc və zövq versinlər! Onlar heç vaxt qeybət etmirlər, lakin lətifə danışmağı və dinləməyi xoşlayırlar. Məhəbbət məsələsində də uşaq kimidirlər. Xəyanət və onlara qarşı etinsız münasibəti urəklərinə salan qisassevərləri asanlıqla küsdürmək olur. Onların daim qayğıya, diqqətə və nəvazişə ehtiyacları var.
Qarpızı xoşlamaq nədən xəbər verir?
Qarpızı isə hər bir dəqiqəsini planlaşdıran insanlar sevir. Bu giləmeyvənin vurğunları ehtiyac yarandığı təqdirdə öz məqsədlərinə çatmaq üçün özlərinin də, digərlərinin də gücünü və vaxtını qurban verməyə hazırdılar. Qarpız sevən qadınlar isə hətta ən çətin düyünü asanlıqla aça bilirlər.
Bananı xoşlayanlar…
Təbiətən yumşaq və mülayim insanlar banan yeməyi xoşlayır. Lakin bəzi maneraları onları lovğa və təkəbbürlü insan kimi xarakterizə edir. Bu insanlar sentimental olur və tez də inciyir. Xəyala dalmağı xoşlayırlar. Çatışmayan cəhətləri isə tənbəllik və başqalarının təsiri altına tez düşməkdir. Banansevər qadınlar kişilərə güclü təsir göstərə bilirlər. Bu meyvə iradəli və kişi kimi qadınların sevimli çərəzidir. Hər zaman irəlidə olan belə qadınları bəzən «yubkalı general» adlandırırlar. Heç bir çətinlikdən və məsuliyyətdən qorxmayan bu qadınlar bəzən melanxolik olurlar.
Üzüm
Qapalı insanlar üzümü sevir. Öz problemlərini başqaları ilə müzakirə etməyi xoşlamayan üzümsevərlər ətrafdakıların da sirrini qoruya bilirlər. Üzüm xoşlayan qadınlara hətta ən böyük sirri də etibar etmək olar.
Şaftalı
Şaftalını tez inciyən və utancaq təbiətli insanlar sevir. Onların çəkingənliyi isə bəzən həddini aşır. Kənardan baxanlara belə insanlar ifrat dərəcədə ciddi və soyuq müqəvva təsiri bağışlayır. Əslində isə belə deyil. Bu təmkinin arxasında onların incə ürəyi gizlənir. Çətinliklə üzləşən şaftalısevərlər onun qarşısında geri çəkilməyə üstünlük verir.
Melanxoliklər gavalını…
Melanxoliklər isə gavalı yeməyi xoşlayır. Onlar tez-tez xəyala dalır, bəzən səmadan günah dolu dünyaya enir və özlərinin yaradıcılıqla bağlı xəyallarını uğurla həyata keçirirlər. Deyingən və bəhanəçi olan gavalısevərlər başqalarının səhvlərini tez bağışlayırlar. Tənqidə qarşı dözümsüzdürlər. Bu şəxslərin özünə çox güvənməyi onlara çoxlu dost qazanmağa da imkan vermir.
Mərhəmətlilər isə əriyi sevir
Əriyi şirindilli və mərhəmətli insanlar sevir. Belə adamlar ətrafdakılarda inam və etibar yaradır. Lakin kim onları utancaq və bağışlayan hesab edirsə, səhvə yol verir. Əriksevən insanların azadlığını əlindən almağa çalışan ciddi maneə ilə üzləşəcək. Əriksevərlər yaxşı dost, düşmənlər üçün isə barışmaz rəqibdir. Təbiətcə yaradıcı insan olan bu insanlar, adətən, şeir və hekayələr yazır.
Ziddiyyətli insanlar isə hər meyvəni xoşlayır
Dost axtarırsan?
Yemiş və armud yeyənlə dostlaş
Nar yeyənə isə borc vermə
Əlbəttə ki, bir çox meyvələrin adları və onları yeməyi xoşlayanların xasiyyəti barədə məlumat sadalanmadı. Onlar barədə də qısa məlumat vermək istəyirik. Özünə dost axtaranda onun hansı meyvəni xoşladığına nəzər sal. Əgər armud və yemiş yeməyi xoşlayırsa, deməli, belə şəxslərlə dostlaşa bilərsən. Sakit təbiətli olan belə insanlarda yumor hissi güclü olur.
Nar yeməyi xoşlayanlar barədə isə bunu demək olmaz. Yaxşısı budur belə adamlarla nə zarafat et, nə də onlara böyük miqdarda borc pul ver. Sitrus meyvələrini xoşlayanlar özlərini zadəgan hesab etsə də, reallıqda heç də elə deyil. Bütün meyvələrə eyni münasibət bəsləyən, onların arasında fərq qoymayan adamlar ziddiyyətli xasiyyətə malik olur və onlarda yuxarıda sadalanan bütün xasiyyətlərə rast gəlmək olar.