- Cəmiyyət

İranda daha bir yeniyetmə qız döyülərək öldürülüb

İranda yeniyetmə etirazçı qız hökumət qüvvələri tərəfindən öldürülüb.

kamilinfo lent-az-a istinadən xəbər verir ki, bu barədə “MOUZE” telegram kanalı məlumat yayıb. Kütləvi etirazlarda öldürülən qızın Sarina İsmayılzadə olduğu bildirilir. O, xüsusi təyinatlı qüvvələrin başına endirdiyi rezin dəyənək zərbələri nəticəsində həyatını itirib.

Hadisə Kərəc şəhərinin Mehrşəhr bölgəsində baş verib.

16 yaşlı Sarinanın aldığı zərbələrdən kəllə sümüyünün zədələnməsi nəticəsində həlak olduğu qeyd edilib.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova