- Cəmiyyət

İranda rejissor və prodüser “Kann” film festivalına görə həbs edilib

Tehran məhkəməsi 2022-ci ildə “Kann” film festivalında “Leyla qardaşları” filmini nümayiş etdirdiyinə görə rejissor Səid Rustaiyə 6 ay həbs cəzası verib.

“Report” xəbər verir ki, bu barədə İranın “Etemad” qəzeti məlumat yayıb.

Məhkəmə filmin prodüseri Cavad Noruzbəyi ilə bağlı da analoji qərar çıxarıb. Hər iki şəxs “İslam qanunlarına qarşı müxalifət təbliğatına töhfə verməkdə” təqsirli bilinib.

Eyni zamanda məhkəmə onların həbs müddətinin yalnız iyirmidə birini, yəni təxminən doqquz gününü həbsxanada keçirəcəkləri barədə qərar çıxarıb.

Qalan müddət beş il müddətinə dayandırılacaq. Həmi müddət ərzində müttəhimlər törədilmiş cinayətlə bağlı fəaliyyətdən çəkinməli, kino sənayesində çalışan insanlarla ünsiyyətdə olmamalıdır.

Səid Rustai 1989-cu ildə Tehranda anadan olub. O, karyerası ərzində “Həyat və bir gün”, “Asılılar”, “Leylanın qardaşları” kimi bir neçə film çəkib. Sonuncu 75-ci Kann Film Festivalının əsas müsabiqəsində Beynəlxalq Kino Mətbuat Federasiyasının mükafatına layiq görülüb.