Fevralın 28-i saat 08:00-dan martın 5-i saat 20:00-dək İran İslam Respublikasından Azərbaycan ərazisi vasitəsilə ümumilikdə 1424 nəfər təxliyə olunub.
APA-nın məlumatına görə, təxliyə olunanlar arasında 423 Çin vətəndaşı, 273 Azərbaycan vətəndaşı, 262 Rusiya vətəndaşı, 138 Tacikistan vətəndaşı və 90 Pakistan vətəndaşı var.
Bundan əlavə, Oman (46), İtaliya (31), İspaniya (20), Səudiyyə Ərəbistanı (18), İran (11), Gürcüstan (11), Braziliya (8), Belarus (7), BƏƏ (6), Slovakiya (6), Serbiya (5), Nigeriya (5), İordaniya (4), Qazaxıstan (4), İsveçrə (4) və Yaponiya (4) vətəndaşları da Azərbaycan vasitəsilə təxliyə edilib.
Həmçinin Fransa, Türkiyə, Özbəkistan, Meksika və Xorvatiya daxil olmaqla bir sıra digər ölkələrin vətəndaşları da təxliyə olunanlar arasındadır.
Bildirilib ki, təxliyə prosesi Azərbaycanın sərhəd-keçid məntəqələri vasitəsilə həyata keçirilib.









