- Mədəniyyət

İstiqlal Muzeyinin Şuşaya həsr etdiyi layihəsi davam edir

Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində təqdimatlardan biri Şuşa şəhərinin Mərkəzi Meydanında yerləşən Yuxarı Gövhər ağa məscidinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, Şuşa məscidləri içərisində ən monumentalı XIX əsrin böyük memarı Kərbəlayi Səfi xan Qarabağinin 1883-cü ildə tikdiyi Yuxarı Gövhər ağa məscididir.

Planı təqribən kvadrat formada olan bu məscid ümumən Ağdam Cümə və Aşağı Gövhər ağa məscidlərinin konstruksiya ideyasını saxlayır. Zalın yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün balkon və mehrabla üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti ideyalarındandır. Yuxarı Gövhər ağa məscidinin minarə kürsülüyü təbii əhəng daşı ilə tikilib və həndəsi ornamentlər ilə bəzədilib.