- Mədəniyyət

“Arşın mal alan” operettası Marionet Teatrının səhnəsində

Sentyabrın 24-də və oktyabrın 1-8-15-22-28-də Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşası nümayiş etdiriləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın bənzərsiz ifaları ilə səsləndirilir.

Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev və kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslıdır.

Marionetləri Nazim Hüseynov, Əli Allahverdiyev, Həsən Yaqubov, Hikmət Aydınoğlu, Fikrət Hacıyev və Aytən Qurbanova idarə edəcəklər.