- Cəmiyyət

Kırşehir Neşet Ertaş Mədəniyyət Mərkəzində Türkiyə-Azərbaycan dostluq görüşü

Gənclər və İdman nazirliyi Kırşehir İl başkanlığının təşkilatçılığı ilə Kırşehir Neşet Ertaş Mədəniyyət Mərkəzində rayon ictimaiyyətinin iştirakı ilə ədəbi-bədii proqram keçirildi.

Türkiye Gənclər və İdman nazirliyi Kırşehir İl başkanlığının “Türkiye-Azərbaycan gənclərinin mübadilə” proqramı çərçivəsində həyata keçirilən Türkiye-Azərbaycan Dostluq gecəsinin bütün iştirakçıları salonu Azərbaycan və Türkiye bayraqları ilə bəzəmişdilər. Ədəbi-bədii gecəsinin aparıcısı Çilem Dellal açılış üçün sözü Gənclər və İdman nazirliyi Kırşehir İl müdürü Numan Nafiz Şahinə verdi. Numan Nafiz Şahin Kırşehir İl valisini, protokolda iştirak edən rayon rəsmilərini, Bakıdan gələn Xəzər Universitetinin nümayəndə heyətini və salona toplaşanları salamlayaraq, Azərbaycan-Türkiyə dostluq əlaqələrinin genişləndirilməsindən dərin məmnunluğunu bildirdi.

Sonra söz Xəzər Universitetinin nümayəndə heyəti Əlövsət Əmirbəyliyə verildi. O, yüksək qonaqpərvərlikdən dolayı Gənclər və İdman nazirliyinin və rayon rəhbərliyinə minnətdarlığını bildirdi. Ədəbi-bədii gecədə Azərbaycanın və Türkiyənin xalq mahnıları səsləndirildi. Gənclər və İdman nazirliyinin rəqs qruplarının ifasında rəngarəng rəqslər ifa edildi.

Sonda Kırşehir valisi H. Mete Xudayar və digər rayon rəsmiləri Azərbaycandan gələn ,proqramda aktiv iştirak edən Xəzər Universitetinin nümayəndə heyətinin rəhbərliyinə və tələbələrə sertifikatları təqdim etdi. Xatirə şəkilləri çəkildi.